Fəzail Ağamalı Salyan icra başçısı ilə rayonda dükanlarda qiymət yoxlamasında olub

21-01-2016, 15:31           

Ana Vətən Partiyasının Mətbuat Xidmətinin məlumatına görə millət vəkilləri Fəzail Ağamalı, Əliağa Hüseynov və Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov Salyan rayonunda fəaliyyət göstərən bir sıra un və un məmulatlarının topdan və pərakəndə satışılə məşğulolan ticarət obyektlərində baxış keçiriblər. Baxış zamanı un və un məhsullarının bahalaşması və ölkə prezidentinin bununla bağlı atdığı addımların satış obyektlərində vəziyyətlə tanış olmuşlar. Baxış zamanı bəlli olmuşduir ki, dövlət başçısı cənab İlham Əliyevin unun qiymətinin aşağı salınması ilə bağlı sərəncamı un və çörəyin qiymətində baş verən bahalaşmanın qarşısın almış və bu əhali tərəfindən yüksək dəyərlənmişdir. Ərzaq mağazalarına sistemli olaraq baxışların keçirilməsi üçün millət vəkilləri F.Ağamalı və Ə.Hüseynovun köməkçiləri, Salyan rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri və kənd ağsaqqalarından ibarət daimi fəaliyyət göstərən komissiya yaradılmışdır. Fəzail Ağamalı Neftçala rayonunun Aşağı Surra və Cəngən inzibati ərazisindəki kəndlərdə də olmuş, ərzaq mağazalarına baxışlar keçirmiş, ziyalılar və kənd ağsaqqalları ilə analoji müzakirələr aparmışdır. Görüş içtirakçıları ölkə prezidentinin yaranmış vəziyyətlə bağlı keçirdiyi müşavirələr, atdığı addımlar alqışlanmışlar.
AVP Mətbuat Xidməti
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru