"Neftin qiymətinin daha da düşməsi bizi təəccübləndirməyəcək" Azərbaycan prezidenti

21-01-2016, 20:05           
"Neftin qiymətinin daha da düşməsi bizi təəccübləndirməyəcək" Azərbaycan prezidenti

"Bugünkü vəziyyəti gördükdən sonra neftin qiymətinin daha da düşməsi bizi təəccübləndirməyəcək".

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu Çərçivəsində “The New Energy Equation” adlı panel müzakirəsində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan öz iqtisadiyyatını neftdən sonrakı dövrə - 20 ildən sonraya hazırlayırdı: "Bu bizim üçün gözlənilməz oldu, iqtisadiyyatımız üçün çətin vəziyyət yaratdı. Çünki biz bu il büdcəmizi 50 dollar səviyyəsində müəyyən etmişdik. Ötən il isə bu rəqəm 60 dollar götürülmüşdü. Ona görə xərclərimizi, investisiyalarımızı azaltmaq məcburiyyətində qaldıq. Sosial proqramları olduğu yerdə saxladıq. Bizim iqtisadiyyatımız stabil və dayanıqlıdır. Böyük rezervlərimiz var. Ona görə də biz vəziyyəti kompensasiya edə bilərik. Lakin belə vəziyyət uzun müddət davam etsə, təbii ki, bu bizim büdcə üçün böyük təzyiq olacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru