Prezident İlham Əliyev: "Azərbaycan Suriyada humanitar məsələlərin həllinə töhfə verir"

6-02-2016, 00:21           
Prezident İlham Əliyev: "Azərbaycan Suriyada humanitar məsələlərin həllinə töhfə verir"
Prezident İlham Əliyevə məxsus “twitter” hesabından (@azpresident) Suriyada yaşanan proseslərlə bağlı qısa mesajlar paylaşılıb.

Prezident İlham Əliyev Azərbaycanın Suriyada humanitar məsələlərin həllinə töhfə verdiyini və gələcəkdə də bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib: “Suriyada əsas məsələ sülhün, atəşkəsin təmin edilməsi, problemin siyasi həllinin tapılmasıdır”.

Dövlət başçısı onu da qeyd edib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın təcavüzü nəticəsində Azərbaycan bu gün Suriyada olan humanitar fəlakət və böhranla üzləşib.

Prezident İlham Əliyev “Ermənistan Azərbaycanın 20% ərazisini işğal etmiş, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycan çətinliklərdən əziyyət çəkmiş ölkə kimi inkişafı təmin etməyin yolunu bilir və öz təcrübəsini bölüşməyə hazırdır” - deyə yazıb.

Dövlət başçısı bildirib ki, Azərbaycanda 250 min qaçqın evlə təmin edilmiş, qaçqınlar arasında yoxsulluq səviyyəsi 70%-dən 12%-ə endirilib. Son on ildə Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb, yoxsulluq və işsizlik 5 %-ə düşüb, 100 % savadlılıq səviyyəsinə nail olunub.

Prezident İ.Əliyev “Azərbaycan sülhü, humanizmi təşviq edən ölkədir və bu sahədə öz vacib rolunu oynamağa davam edəcəkdir” - deyə qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru