Ermənistan İKT ixracında xeyli irəliləyə bilib

30-09-2025, 09:34           
Ermənistan İKT ixracında xeyli irəliləyə bilib
Əslində bir neçə il öncə yazdıqlarım, təəssüf ki, reallaşmaqdadır. O zaman qeyd etmişdim ki, bu məğlub ölkə yalnız İKT hesabına revanş götürmək istəyəcək.
İkinci Qarabağ savaşından sonra, müharibədən məğlub çıxan Ermənistan "Qlobal İnnovasiya İndeksində" 20 pillə geriləmişdi.
Lakin görünürdü ki, onlar innovasiya və texnologiyalara böyük yatırımlar edirlər. Diaspora və xarici fondlar böyük pullar ayırırdı bu sahəyə.
İndi baxıram ki, bu reytinqdə 2020-ci ildəki vəziyyətlərini bərpa ediblər, hətta daha önə çıxıblar.
"Qlobal İnnovasiya İndeksi 2025"-ə görə region ölkələri arasında İKT xidmət ixracının (İCT services exports) ümumi ticarətdə payı ən yüksək olan Ukrayna və Ermənistandır.
Ukrayna uzun illərdir ki bu sektorda çox irəlidədir. Hətta ağır müharibə aparmasına, son illərdə bu sahədə müəyyən geriləmələr olmasına baxmayaraq yenə xeyli irəliləyə bilib.
Azərbaycan isə bu indeksdə 1 pillə irəliləsə də, "İCT services export" sub indeksi üzrə təəssüf ki cəmi 0.5% göstərici ilə siyahının sonlarında qərarlaşıb.
Ümid edirəm qərar qəbul edənlərimiz də bu vəziyyətin fərqindədirlər.
Osman Gunduz
TEREF













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru