Moskvada Şeremetyevo-2 hava limanında yarımçıq qalmış uçuş - Azərbaycan əsilli güləşçi İbad Əhmədov

Bu gün, 00:04           
Moskvada Şeremetyevo-2 hava limanında yarımçıq qalmış uçuş - Azərbaycan əsilli güləşçi İbad Əhmədov
13 fevral 2004-cü ildə Qətərdə Çeçenistanın keçmiş vitse-prezidenti Zəlimxan Yandarbiyev qətlə yetirildi. Polis Dohada ezamiyyətdə olan Rusiyalı kəşfiyyat zabitləri A. Yabloçkov və V. Puqaçevi, həmçinin səfirliyin birinci katibi A. Fetisovu həbs etdi. Fetisov Moskvada saxlanılan iki Qətər güləşçisi ilə dəyişdirildi. Onlardan biri Qətər Olimpiya Yunan-Roma güləş komandasının üzvü, 29 yaşlı Azərbaycan əsilli İbad Əhmədov idi. Belarusda yaşayaraa SSRİ və gənclər arasında dünya çempionu olmuşdu. İki il əvvəl yaşayış icazəsi aldıqdan sonra Qətərə köçmüşdü. Serbiyadakı turnirə tranzit uçuş Moskvada Şeremetyevo-2 hava limanında yarımçıq qaldı. İbadı iki həftədən çox Lefortovo həbsxanasında saxladılar. Qətər səfiri onu ziyarət etdi və tezliklə azadlığa çıxacağına söz verdi. Azad edilən kimi Qətər əmiri onu götürmək üçün şəxsi təyyarəsini göndərdi. İbad Əhmədovu isə ən çox yandıran, Olimpiadaya vəsiqə qazanmaq şansı olan turnirə gedə bilməməsi oldu.
Эльдар Тагиев












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]