Trampdan Rusiya ilə bağlı sərt qərar: Atom sualtı qayıqları göndərildi

1-10-2025, 10:14           
Trampdan Rusiya ilə bağlı sərt qərar: Atom sualtı qayıqları göndərildi
ABŞ Prezidenti Donald Tramp Miskvanın öz ünvanına səsləndirilən bəyanatlarına cavab olaraq iki atom sualtı qayığını Rusiya sahillərinə göndərmək barədə göstəriş verib.

Tramp bu barədə Pentaqon rəhbəri Pit Heqsetin təşkil etdiyi və ABŞ Silahlı Qüvvələrinin ali komandanlığının iştirakı ilə Virciniya ştatının Kuan­tiko bazasında keçirilən müşavirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ sualtı qayıqların istehsalı texnologiyasında Rusiya və Çindən 25 il irəlidədir:

“Bizə Rusiyadan kiçik bir təhdid gəldi və mən atom sualtı qayığını, ən ölümcül silahı göndərdim. Bu qayıqları Rusiya sahillərinə ehtiyat tədbiri olaraq göndərdim. İnsanların “nüvə” sözünü məsuliyyətsiz şəkildə işlətməsinə icazə verə bilmərik”.

Tramp həmçinin bildirib ki, bu qərar Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin nüvə mövzusunda səsləndirdiyi provokativ açıqlamalardan sonra qəbul edilib.

ABŞ lideri daha əvvəl də “Truth Social” sosial şəbəkəsində sualtı qayıqların müvafiq bölgələrə yerləşdirilməsi barədə əmr verdiyini açıqlamışdı./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru