Paşinyan qəzəbləndi: - Onları çəkiclə əzin 1-10-2025, 10:36 Ermənistan Baş naziri Nikol Paşinyan ona tabe olmayanlarla bağlı hüquq-mühafizə orqanlarına yeni əmr verib.Teleqraf xəbər verir ki, bu barədə “İravunk” qəzeti məlumat yayıb.“Paşinyan hüquq-mühafizə orqanlarına yeni tapşırıq verib: ona tabe olmayanlar divara hörülməlidir - ayrı-seçkilik etmədən, bir-bir”, - mənbə bildirib.Nəşr Ermənistan Baş nazirindən sitat da gətirib: “Dördüncü Respublikanın çəkicinin zərbələri dəridə hiss olunmalıdır”.“İravunk” artıq hüquq-mühafizə orqanlarının Nikol Paşinyanın bu əmrinə uyğun olaraq hərəkətə keçdiyini yazıb. Facebook-da paylaş