Tramp: "Modi Rusiya nefti almayacaqlarına dair vəd verdi"
16-10-2025, 08:59
"Hindistanın Baş naziri Narendra Modi ölkəsinin bundan sonra Rusiya neftini almayacağına dair vəd verib".
RBK xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Hindistanın neft almasından narazı idim. Və bu gün o məni Rusiyadan neft almayacaqlarına əmin etdi. Bu, irəliyə doğru böyük addımdır. İndi mən Çini də buna razı salmalıyam", - deyə o əlavə edib.