Orban Putin və Trampın gözlənilən görüşünü "əla xəbər" adlandırdı

17-10-2025, 11:44           
Orban Putin və Trampın gözlənilən görüşünü "əla xəbər" adlandırdı
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Macarıstanda görüşəcəyi xəbəri müsbət haldır və Macarıstan görüşə ev sahibliyi etməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkədə məlumat verib .

"ABŞ və Rusiya prezidentləri arasında planlaşdırılan görüş dünyanın sülhsevər xalqları üçün əla xəbərdir. Biz hazırıq!" - deyə, Orban qeyd edib.

Oktyabrın 16-da Putinlə telefon danışığından sonra Tramp bildirib ki, tərəflər Budapeştdə üzbəüz görüş keçirməyə razılaşıblar. O, həmçinin Yaxın Şərq münaqişəsinin həllinin Ukrayna danışıqlarına faydalı təsir göstərəcəyinə əminliyini ifadə edib.

Sabah Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru