ABŞ-də şatdaun noyabrın sonuna qədər davam edə bilər

27-10-2025, 09:44           
ABŞ-də şatdaun noyabrın sonuna qədər davam edə bilər
ABŞ-də federal hökumətin qismən bağlanması Şükran gününə (27 Noyabr) və ya daha çox davam edə bilər.

"Report" xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna bəyan edib.

Respublikaçılar və Demokratlar arasında səhiyyə də daxil olmaqla bir neçə xərc maddəsi ilə bağlı fikir ayrılıqları nəticəsində maliyyə çatışmazlığı səbəbindən bağlanma oktyabrın 1-də başlayıb.

Hər iki tərəf bir-birini siyasi məqsədlərlə böhranı təhrik etməkdə və uzatmaqda ittiham edib.

Eyni zamanda, ABŞ qanunlarına görə, milli təhlükəsizliyi, can və əmlakın mühafizəsini təmin edən departamentlər və agentliklər öz fəaliyyətini davam etdirir və ödənişsiz işləməyə məcbur edilən işçilər məvaciblərini sonradan alırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru