Melaniya Tramp Ağ Evin şərq qanadının sökülməsindən narahat olduğunu bildirdi

27-10-2025, 10:24           
Melaniya Tramp Ağ Evin şərq qanadının sökülməsindən narahat olduğunu bildirdi
ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evin şərq qanadının sökülməsi ilə bağlı şəxsi narahatlığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) yazıb.

Amerika administrasiyasındakı mənbələrə görə, o, köməkçilərinə bildirib ki, bu, onun layihəsi deyil.

Qeyd edək ki, Ağ Evin şərq qanadı 1902-ci ildə tikilmiş və bir neçə dəfə yenilənmişdir. Ənənəvi olaraq burada birinci xanım və onun komandası üçün otaqlar yerləşirdi, prezident və onun aparatı isə rezidensiyanın qərb hissəsində fəaliyyət göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru