Putinin xüsusi nümayəndəsi Azərbaycana nə TƏKLİF EDİR... - AÇIQLAMA

27-10-2025, 11:57           
Putinin xüsusi nümayəndəsi Azərbaycana nə TƏKLİF EDİR... - AÇIQLAMA
Moskva Azərbaycanla humanitar sahədə münasibətləri yenidən bərpa etmək niyyətindədir.

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy bildirib.

Şvıdkoyun sözlərinə görə, Rusiya tərəfi bu istiqamətdə qarşılıqlı addımlar atmağa tam hazırdır:

“Rusiya Azərbaycanla humanitar əlaqələrin bərpasına eyni səviyyədə hazırdır. Bu münasibətlərin yenidən qurulmasına dərin səbəblər yoxdur”, - deyə o qeyd edib.

Diplomat vurğulayıb ki, Rusiya və Azərbaycanı birləşdirən tarixi köklər çox dərindir.

“Xalqlarımızı əsrlərlə formalaşmış tarix bağlayır. Ailələrimiz bir-biri ilə sıx əlaqələr içindədir və hər iki ölkə eyni mənəvi-dəyərlər sistemini bölüşür”, deyə Şvıdkoy əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru