Kallasdan Tramp açıqlaması: “Hər şey gözlənilməz olur”

Dünən, 09:18           
Kallasdan Tramp açıqlaması:
ABŞ Prezidenti Donald Trampın hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun beynəlxalq siyasətdəki mövqeyi gözlənilməz və əvvəlcədən proqnozlaşdırıla bilməz olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Britaniyanın “The Economist” jurnalına müsahibəsində bildirib.

Kallas vurğulayıb ki, ABŞ Aİ üçün ən böyük müttəfiqdir və Brüssel nümayəndələri ilə Vaşinqton arasında gündəlik əməkdaşlıq intensiv şəkildə davam edir.

“Əlbəttə, biz hər şeylə razılaşmırıq. Lakin əvvəlki proqnozlaşdırma qabiliyyətimiz artıq yoxdur və buna öyrəşməliyik”, — deyə Kallas əlavə edib.

Ali diplomat həmçinin qeyd edib ki, Trampın dövründə ABŞ-ın bəzi qərarları Avropa siyasətçiləri üçün gözlənilməz olub və belə şəraitdə Aİ-nin strateji qərarlarını çevik şəkildə qəbul etməsi vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]