Putin-Tramp qarşıdurması: Moskva xəbərdarlıq etdi

8-11-2025, 16:48           
Putin-Tramp qarşıdurması:
“ABŞ-ın nüvə sınaqlarının bərpası gözlənilməz nəticələrə səbəb ola bilər”.

Bunu Rusiyanın BMT -dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

O bildirib ki, Moskva baş verənləri izləyir:

“Prezident Vladimir Putin bu məsələdə nöqtəni qoyub”.

Oktyabrın 30-da ABŞ Prezidenti Donald Tramp Müharibə Departamentinə dərhal nüvə sınaqlarına başlamağı əmr edib.

Noyabrın 5-də isə Rusiya prezidenti ölkənin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi keçirib. O, Müdafiə Nazirliyinə və digər qurumlara nüvə silahı sınaqlarına hazırlıq imkanları ilə bağlı təkliflər təqdim etməyi tapşırıb./Globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru