İki hindli İranı barmağına doladı – Saxta nüvə alimləri milyonlarla dollar mənimsəyib

10-11-2025, 12:22           
İki hindli İranı barmağına doladı –
İranda iki hindistanlı şəxs — Axtar Hüseyni Qutbuddin Əhməd və Adil Hussaini – özlərini “nüvə alimləri” kimi təqdim edərək, ölkənin elmi və təhlükəsizlik strukturlarını uzun müddət aldadıblar. Onlar İran Atom Enerjisi Təşkilatına və bir sıra əlaqədar qurumlara nüvə silahı istehsalı üzrə saxta texniki planlar satmaqla milyonlarla dollar qazanıblar.
Bakupost.az Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, məhkəmə materiallarına əsasən, həmin şəxslər İrana təxminən iyirmiyə yaxın səfər ediblər. Bu səfərlər zamanı onlar müxtəlif mərkəzlərdə təqdimatlar keçirərək, saxtalaşdırılmış sənədləri “nüvə reaktor layihələri” kimi təqdim ediblər. Lakin araşdırmalar nəticəsində məlum olub ki, sənədlər heç bir elmi və texniki dəyərə malik olmayıb, uydurma terminlər və qondarma ekspertizalardan ibarət olub.
İstintaq zamanı müəyyən edilib ki, Axtar Hüseyni və Adil Hüseyni özlərini Hindistanın Bhabha Atom Tədqiqat Mərkəzi (BARC) əməkdaşları kimi qələmə veriblər. Onlar saxta şəxsiyyət vəsiqələri, akademik diplomlar və möhürlərdən istifadə edərək, İran tərəfinin etimadını qazanıblar.
Qeyd olunur ki, onların fəaliyyətinə İranın təhlükəsizlik orqanları nəzarət etməyə başladıqdan sonra məsələ ifşa olunub. Məlumatlara görə, həmin şəxslər müəyyən vaxtda İsrail tərəfinin əlaqədar təşəbbüsləri ilə qarşılaşıblar, lakin bu təmaslar rəsmi əməkdaşlığa çevrilməyib.
Hazırda hər iki şəxs Hindistanda həbsdədir və beynəlxalq səviyyədə fırıldaqçılıq, saxtakarlıq və casusluğa cəhd maddələri ilə istintaq aparılır.
İran mediasında bu qalmaqal “elmi saxtakarlıqla milli təhlükəsizliyə zərbə” kimi qiymətləndirilir və hadisə ölkənin nüvə proqramında daxili yoxlama mexanizmlərinin zəifliyinə dair ciddi suallar doğurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru