Ermənistan Moskvanı kənara itələyir - Kiyevdən bahalı taxıl alır, fərqi Brüssel ödəsin deyir

12-11-2025, 16:30           
Ermənistan Moskvanı kənara itələyir -
Rusiya Xarici Kəşfiyyat Xidməti iddia edir ki, Ermənistan siyasi məqsədlərlə Moskvadan uzaqlaşmağa və Ukraynanı dəstəkləməyə çalışır.

Musavat.com xəbər verir ki, bu məqsədlə İrəvan daha bahalı ukrayna taxılını almaq qərarına gəlib.

Ermənistan hakimiyyəti bunu “prinsip məsələsi” adlandırır: “Dostluq dostluqdur, amma pul ayrıca məsələdir,” – deyə hökumət nümayəndələri bildiriblər. Eyni zamanda İrəvan taxıl qiymətindəki fərqi Avropa İttifaqının kompensasiya etməsini təklif edib.

Lakin Brüssel hələlik tərəddüd edir. Aİ rəsmiləri bu addımın daimi ödəniş öhdəliyi yaradacağından ehtiyat edirlər. Üstəlik, dondurulmuş Rusiya aktivlərinin bu məqsədlə istifadəsinə Belçika hökuməti icazə vermir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru