Rusiyadan Ukraynanın danışıqları dayandırmasına REAKSİYA

14-11-2025, 11:24           
Rusiyadan Ukraynanın danışıqları dayandırmasına REAKSİYA
Ukrayna danışıqlardan imtina etdiyi üçün "xüsusi hərbi əməliyyat" davam edəcək.

Ajans.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, Rusiyanın sülh istədiyini, lakin Ukraynanın danışıqları dayandırdığı bildirib.

ABŞ dövlət katibi Marko Rubionun Rusiyanın sülh istəmədiyi barədə açıqlamasına münasibət bildirən Peskov bildirib ki, Rusiya bununla razı deyil və sülh istəyir. Onun sözlərinə görə, Moskva Ukrayna məsələsini siyasi və diplomatik yollarla həll etməyə açıqdır.

Ukraynanın diplomatiyanı çətinləşdirdiyini qeyd edən Peskov, “Əsas məqsədimiz təhlükəsizliyimizi və maraqlarımızı təmin etmək, gələcək nəsillər üçün təhlükəsizliyimizi qorumaq və qarşımızda duran vəzifələri yerinə yetirməkdir”,- deyə bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru