Adnan Əhmədzadə hər ay Ramiz Mehdiyevin nəvəsinə pul köçürürmüş - Fantastik MƏBLƏĞ

15-11-2025, 00:11           
Adnan Əhmədzadə hər ay Ramiz Mehdiyevin nəvəsinə pul köçürürmüş - Fantastik MƏBLƏĞ
Hazırda istintaq altında olan iş adamı Adnan Əhmədzadənin cinayət işində diqqətçəkən məqamlar üzə çıxıb.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Adnan Əhmədzadənin şirkətlərindən biri üzərindən sabiq PA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin Dubaydakı şirkətinə davamlı pul köçürmələri üzə çıxıb.

Bildirilir ki, Adnan Əhmədzadə bu köçürmələrə Ramiz Mehdiyevin PA rəhbəri olduğu zamandan start verildiyini deyib.

Bununla belə Adnan Əhmədzadə əlavə edib ki, Ramiz Mehdiyev PA-dan kənarlaşdırılandan sonra ona bu əməliyyatı dayandırması barədə yuxarıdan hər hansı bir bildiriş gəlməyib.

“Ona görə də pulköçürmə əməliyyatı son zamanlara qədər davam edib” deyə Əhmədzadə bildirib.

Mənbə ümumilikdə köçürülən məbləğin 70-80 milyon ABŞ dolları civarında olduğunu vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru