Bu, beynəlxalq vəziyyəti Rusiyanın xeyrinə dəyişə bilər — AÇIQLAMA

21-11-2025, 00:04           
Bu, beynəlxalq vəziyyəti Rusiyanın xeyrinə dəyişə bilər — AÇIQLAMA
Yayılan məlumatlara görə, ABŞ müharibənin bitməsi üçün Ukrayna lideri Zelenskiyə ərazi güzəştlərinə getməyi təklif edib.

Bu barədə Demokrat.az-a danışan “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin sədri Samir Hümbətov bildirib ki, KİV-də bu cür iddialar səsləndirilsə də, heç biri təsdiqini tapmır və müharibə davam edir:

"ABŞ prezidenti Tramp da hakimiyyətə gələndə savaşı dayandıracağını demişdi, amma bitmədi. Çünki ərazilərini itirmiş bir dövlət müharibəni davam etdirmək istəyirsə, bunu həll etmək çətin məsələdir. Ukraynanın bu məsələdə güzəştə gedəcəyi və ərazisinin 20 faizinin itkisi ilə barışacağı çətin görünür.

Digər tərəfdən, Qərb dövlətləri bu müharibənin bu formada dayandırılmasını istəmir. Çünki müharibə bu cür dayandırılsa, bu artıq Rusiyanın qələbəsidir. Tam qələbə sayılmasa da, hər halda üstünlük olacaq və Rusiyanın beynəlxalq vəziyyətini onun xeyrinə dəyişəcək. Ona görə düşünmürəm ki, Ukrayna və Qərb bunu qəbul etsin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru