"150 il yaşamaq da heç vaxt yetərli olmayacaq" - Putin "uzun ömür" arzusu ilə yenidən gündəmdə

21-11-2025, 15:24           
"150 il yaşamaq da heç vaxt yetərli olmayacaq" - Putin "uzun ömür" arzusu ilə yenidən gündəmdə
Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən süni intellekt konfransında çıxışı zamanı 150 yaşına qədər yaşamaq arzusu barədə danışıb.

O, belə uzun ömrün belə insanlar üçün kifayət etməyəcəyini bildirərək, sağlamlıq vəziyyətinin yaxşı olduğunu da vurğulayıb.

Putin jurnalistlərin suallarını cavablandırarkən daha əvvəl Pekində Çin lideri Si Cinpin və Şimali Koreya rəhbəri Kim Çen In ilə uzunömürlülük barədə apardığı söhbəti bu dəfə də xatırladıb.

“İnsan ömrünü yəqin ki, 150 ilə qədər uzatmaq mümkün olacaq. Amma hər şeydən əvvəl, pul kimi, 150 il yaşamaq da heç vaxt yetərli olmayacaq. Əsas məsələ nə qədər yaşadığınız deyil, necə və nə üçün yaşadığınızdır”, - deyə o qeyd edib.

Putin əlavə edib ki, yaxın günlərdə iki gün ərzində geniş tibbi müayinədən keçib və həkimlərin onun sağlamlıq durumu ilə bağlı pozitiv rəy verdiyini qeyd edib.

Xatırladaq ki, bu ilin sentyabr ayında, İkinci Dünya Müharibəsinin bitməsinin 80-ci ildönümü münasibətilə Çində keçirilən tədbirdə Putin, Si Cinpin və Kim Çen In oxşar söhbət aparmışdılar. Üç lider hərbi parad zamanı yanaşı yeriyərkən uzunömürlülük və insan orqanlarının biotexnologiya vasitəsilə dəyişdirilməsi imkanları barədə müzakirə etmişdilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru