Donbas Moskvaya “icarə”yə verilir, digər ərazilər isə… – ŞOK PLAN

23-11-2025, 10:34           
Donbas Moskvaya “icarə”yə verilir, digər ərazilər isə… – ŞOK PLAN
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Donbas bölgəsində nəzarətində olan əraziləri də itirməsinin qaçılmaz olduğunu bildirib. Bu açıqlamadan sonra bölgədə müharibənin yaxın aylarda necə davam edəcəyi ilə bağlı müxtəlif ssenarilər müzakirə olunur.

Referans Media bildirir ki , KONKRET.az-a danışan politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, Trampın irəli sürdüyü yeni sülh planı Ukrayna rəhbərliyi tərəfindən müzakirə olunsa da, həm Kiyev, həm də Avropa İttifaqı bu təklifi qəbul etmək niyyətində deyil.

Politoloqun sözlərinə görə, Rusiya artıq planla razılaşıb və Donbasın Moskvaya “icarə” kimi verilməsi ABŞ tərəfindən yumşaq formada təqdim edilsə də, faktiki olaraq bölgənin Rusiyanın nəzarətinə keçməsi deməkdir. Bu isə Ukraynanın Konstitusiyasına ziddir və Kiyev tərəfi kompromisə getmək istəmir.

“Ən optimal variant həm Ukrayna, həm də Avropa üçün atəşkəsin təmin olunması və sülh danışıqlarının başlanmasıdır. Əgər Kiyev və Avropa Trampın planını qəbul etməsə, müharibə davam edəcək. Noyabrın 27-dən sonra proseslərə daha çox aydınlıq gələcək. Avropa liderləri və Ukrayna tərəfi ABŞ-la ciddi danışıqlar aparacaq”, – deyə Əsədullazadə bildirib.
Politoloqun sözlərinə görə, bu plan qəbul edilməzsə, Rusiya lokal əməliyyatlarla Donbasın qalan hissəsinə də nəzarət etməyə çalışacaq. Lakin bu, Moskvanın tam qələbəsi anlamına gəlmir:

“Ukrayna bu proseslə barışmır və müharibə bir müddət də davam edəcək”.
Qeyd edək ki, Trampın sülh planının açıqlanması Donbasda növbəti hərbi eskalasiya risklərini artırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru