Conson Trampın sülh planına qarşı

23-11-2025, 10:24           
Conson Trampın sülh planına qarşı
Böyük Britaniyanın sabiq baş naziri Boris Conson ABŞ lideri Donald Trampın Rusiya və Ukrayna arasında təklif etdiyi Sülh Planına qarşı çıxıb.

Gununsesi.info bildirir ki, Boris Conson Trampın planı ilə bağlı “Daily Mail” üçün yazdığı məqalədə sərt mövqe bildirib.

Consonun sözlərinə görə, Putin bu şənbə günü rəqiblərinin səriştəsizliyinə, Qərbin heyrətamiz zəifliyinə gülməyə bilməz.

“Ukraynanı ram etməyə çalışarkən siz öldürülən və yaralananlar da daxil olmaqla bir milyondan çox əsgəri itirmisiniz. Hələ də ölkə ərazisinin 20 faizindən çoxunu ələ keçirə bilməmisiniz. Sizin iqtisadiyyatınız çökür. Amma indi onlar müharibəni bitirmək üçün 28 bəndlik hansısa yeni plandan danışırlar – və bu plan tamamilə Kreml tərəfindən yazıla bilər!” – deyə Conson qeyd edib.

“Bu adlandırılan sülh planı Ukraynanın hərbi kastrasiyasını nəzərdə tutur. O, Ukraynanın NATO-ya üzvlüyünə Rusiya vetosunu və Ukrayna ərazisinə istənilən xarici qoşunların daxil olmasına rus nəzarətini tələb edir”, – deyə o əlavə edib.

“Bu, Ukraynanın guya dostlarının tam kapitulyasiyasıdır. Bu, Münhendır”, – Conson hesab edir.

O həmçinin iddia edir ki, Qərb ölkələrinin bu plana qarşı etirazları çox zəif səslənir.

“Ukraynalılara ultimatum verilib – bu utancverici şərtlərlə danışıqlara başlamaq. Bəs onların müttəfiqləri hanı? Dostları hanı? Məsələn, əvvəllər Rusiya ekspansionizminə qarşı barışmaz olmuş britaniyalılar hanı?” – Conson sual edir.

Xatırladaq ki, 21 noyabr gecəsi ABŞ mediası Ukraynaya təqdim olunan yeni “sülh planı”nın bütün bəndlərini, həmçinin təhlükəsizlik zəmanətləri ilə bağlı əlavə sənəd layihəsini dərc etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru