Tramp geri addım atdı

23-11-2025, 11:28           
Tramp geri addım atdı
“ABŞ dövlət katibi Marko Rubio ortadakı “sülh planı”nın ABŞ-ın planı yox, Rusiyanın təklifləri olduğunu bildirib”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli bildirib.

Onun sözlərinə gör, M.Rubio bunu senatorlarla telefon söhbətində ifadə edib.

“Rubio açıq şəkildə bildirdi ki, bu, bizim nümayəndəmizə (Uitkoffa) təqdim olunan təkliflərdir. O vurğuladı ki, bu, bizim tövsiyəmiz deyil, bizim sülh planımız deyil” – deyə telefon danışığında iştirak edən respublikaçı senator Mayk Rounds bildirib.

Onun sözlərinə görə, Ukraynaya silah və kəşfiyyat dəstəyinin dayandırılacağı barədə Kiyevə hər hansı xəbərdarlıq da olmayıb: “Rubio bu haqda heç nə bilmədiyini söylədi”.

Müstəqil senator (demokratlara yaxın) Anqus Kinq isə Rubiodan daha konkret sitat gətirib: “O dedi ki, sızdırılmış 28 maddə mahiyyət etibarilə Rusiyanın arzular siyahısıdır…”.

Görünən odur ki, Prezident Donald Tramp ABŞ Konqresindən, mediasından və cəmiyyətindən gələn sərt etirazlardan, eləcə də Avropanın müdaxiləsindən sonra geri addım atdı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru