Azərbaycan Qəzzaya hərbçi göndərməkdən imtina edib

23-11-2025, 00:11           
Azərbaycan Qəzzaya hərbçi göndərməkdən imtina edib
Azərbaycan Qəzzaya beynəlxalq sabitləşdirmə qüvvələri çərçivəsində hərbi kontingent göndərməkdən imtina edən növbəti ölkə olub.

Bu barədə İsrailin “Israel Hayom” qəzeti yazıb.

Xatırladaq ki, 17 noyabrda BMT Təhlükəsizlik Şurası Trampın planını dəstəkləyən qətnamə qəbul edib. ABŞ rəsmiləri Azərbaycandan bu missiyaya qoşulmağı gözləsə də, Bakı tam atəşkəs təmin olunmadan Azərbaycan əsgərini Qəzzaya göndərməyəcək. Qəzzada isə atəşkəs demək olar ki, təmin olunmur.

“Israel Hayom”un məlumatına görə, qətnamədən sonra indiyədək heç bir ölkə Qəzzaya kontingent göndərməyə hazır olduğunu bildirməyib. Azərbaycan da bir neçə həftə əvvəl tərəfdaşlarına açıq şəkildə bəyan edib ki, əsgərlərinin həyatını riskə ata bilməz.

İsraildə keçirilən təhlükəsizlik müşavirəsində isə bildirilib ki, HƏMAS silahı təhvil vermir, əksinə atəşkəs dövründən istifadə edərək yenidən silahlanır. Baş nazir Binyamin Netanyahu ABŞ-a demilitarizasiya tam təmin olunmadan Qəzzada bərpa işlərinin aparılmaması tələbini çatdırıb.

MənbəMODERN.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru