"İstəklilər koalisiyası" ABŞ-ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıb

26-11-2025, 16:34           
"İstəklilər koalisiyası" ABŞ-ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıb
Ukraynanı dəstəkləyən Avropa ölkələrinin liderləri "istəklilər koalisiyası" çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə videokonfrans zamanı Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsində israr ediblər.

"Reuters" xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, avropalılar ABŞ-ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıblar: "Çünki təzyiq Rusiyanın reaksiya verdiyi yeganə üsul olaraq qalır, biz onu sülhə doğru etibarlı yola çıxmaq üçün səmimi istək yaranana qədər gücləndirməyə davam edəcəyik".

AK rəsmisi vurğulayıb ki, "istəklilər koalisiyası" Ukraynanı dəstəkləməyə davam edəcək və danışıqlarda əsas məsələ ölkənin maliyyələşdirilməsi, o cümlədən dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru