Rusiya aktivlərinin müsadirə planı hazırdır - fon der Leyen

27-11-2025, 00:10           
Rusiya aktivlərinin müsadirə planı hazırdır - fon der Leyen
Avropa Komissiyası yaxın vaxtlarda Aİ-də bloklanan Rusiya aktivlərinin müsadirə edilməsinə dair təkliflərin hüquqi mətnini təqdim edəcək.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında danışıb.

"Mən tək Avropa vergi ödəyicilərinin Ukrayna üçün ödəniş etməsinə icazə verməyəcəyəm", - deyə fon der Leyen vurğulayıb.

Avropa Komissiyasının rəhbəri 2026-2027-ci illərdə Ukraynanın maliyyə və hərbi ehtiyaclarını ödəmək üçün oktyabr sammitində Aİ ölkələrinin üzərinə götürdüyü öhdəlikləri xatırladıb və bu öhdəliklər əvvəllər 135,7 milyard avro həcmində qiymətləndirilib.

Fon der Leyen əlavə edib ki, Rusiya aktivlərindən istifadə ilə bağlı istənilən qərar yalnız Avropa qanunlarına uyğun olaraq və məsul yurisdiksiyalar tərəfindən qəbul edilməlidir. O, həmçinin bildirib ki, bu proses Ukrayna Silahlı Qüvvələrinin sayına məhdudiyyət qoymaq, Ukraynanın NATO-ya daxil olmasına maneə yaratmaq və ya Kiyevin mümkün ərazi itkilərini tanımaq kimi şərtlərlə müşayiət oluna bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru