Navalnının fondu terror təşkilatı kimi tanındı

28-11-2025, 00:11           
Navalnının fondu terror təşkilatı kimi tanındı
Rusiya Ali Məhkəməsi mərhum müxalif siyasətçi Aleksey Navalnının təsis etdiyi Korrupsiya ilə Mübarizə Fondunu terror təşkilatı kimi tanıyıb.

Rusiya Ali Məhkəməsi məsələ ilə bağlı ölkənin Baş Prokurorluğunun iddiasını təmin edib.

Qərar qapalı məhkəmə iclasında qəbul edilib və dərhal qüvvəyə minib.

Qeyd edək ki, Korrupsiya ilə Mübarizə Fondu 2011-ci ildə müxalif siyasətçi, 2024-cü ilin fevralında cəzaçəkmə müəssisəsində vəfat edən Aleksey Navalnı tərəfindən yaradılıb. Fond daha əvvəl Rusiyada ekstremist təşkilat və xarici agent kimi tanınıb, təşkilatın fəaliyyəti qadağan edilib.(“RBK”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru