Xamenei: İran ABŞ-ın hazırkı hökumətini dialoqa layiq tərəfdaş hesab etmir

28-11-2025, 10:24           
Xamenei: İran ABŞ-ın hazırkı hökumətini dialoqa layiq tərəfdaş hesab etmir
ABŞ 12 günlük müharibə zamanı ən müasir hərbi texnikadan istifadə etsə də, İran xalqının müqaviməti qarşısında nəticə əldə edə bilmədi.

APA "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Ayətullah Xamenei bildirib.

Qəzza zolağındakı müharibəyə toxunan Xomenei qeyd edib ki, bölgədə baş verən “soyqırım” və onun məsul şəxsləri “bütün dünya tərəfindən lənətlənir”. O, İsrailin Baş nazirini “dünyanın ən çox nifrət edilən adamı” adlandırıb.

Xameneinin sözlərinə görə, Qəzza müharibəsi Vaşinqtonu beynəlxalq arenada “indiyə qədər görünməmiş dərəcədə təcrid vəziyyətinə” salıb. O, bunun səbəbi kimi ABŞ-ın İsrailə açıq dəstəyini göstərib.

Ayətullah Xamenei mövcud ABŞ administrasiyasını “müharibə təhrikçisi” adlandıraraq, İranın bu hökuməti dialoqa layiq tərəfdaş hesab etmədiyini vurğulayıb.

O, həmçinin ABŞ-ı Ukraynada müharibənin başlanmasına səbəb olmaqda ittiham edib və baş verən münaqişənin əsas günahkarı kimi Vaşinqtonu göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru