Gültəkin Hacıbəyli Türkiyədə SAXLANILDI

30-11-2025, 09:18           
Gültəkin Hacıbəyli Türkiyədə SAXLANILDI
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı başladılan cinayət işinə cəlb olunanların sayı artmaqdadır.

Noyabrın 29-da həbs edilən AXCP liderinə qoşulanlardan daha biri məlum olub. Bu şəxs Kərimlinin həm də lideri sayılan Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəylidir.

Hazırda ölkədən kənarda-Türkiyədə olan G.Hacıbəyli bu barədə özü Feysbuk səhifəsində məlumat verib: "İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, polis bölməsindən gəliblər, məni bölməyə aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var. Çox güman ki, Türkiyədən deportasiya olunacağam. Mən Türkiyə polisinə sabah saat 9-da İELTS imtahanım var, onu verib gələcəyəm desəm də, şans vermədilər".

Qeyd edək ki, zaman-zaman G.Hacıbəylinin Mehdiyevin adamı olması barədə məlumatlara tez-tez rast gəlmişik. Hətta onun parlamentdə vaxtı ilə "Boz kardinal"ın xeyir-duası ilə əyləşdiyi barədə iddialara da az rast gəlinməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru