Qərbdə “Kallas yorğunluğu”: Vaşinqton və Brüssel onun siyasətindən narazıdır

30-11-2025, 10:24           
Qərbdə “Kallas yorğunluğu”: Vaşinqton və Brüssel onun siyasətindən narazıdır
ABŞ və Avropa İttifaqının yüksək vəzifəli rəsmiləri Estoniyanın baş naziri Kaya Kallasın siyasətindən ciddi narazılıqlarını bildiriblər.

"The Time" nəşrinin məlumatına görə, rəsmi şəxslər Kallasın sərt, idealist və real vəziyyətdən uzaq addımlarının Avropaya faydadan çox ziyan gətirdiyini düşünürlər.

Mənbələrin bildirdiyinə görə, Kallasın sərt tonlu çıxışları və aqressiv xarici siyasət xətti Avropanın beynəlxalq arenada ciddiyə alınmamasına səbəb olur. Son günlər isə həm Vaşinqton, həm də Brüsseldən Kallasa yönələn təzyiq xeyli artıb.

Qərb rəsmiləri hesab edirlər ki, Avropa “idealist şüarlar”la deyil, real siyasətə geri dönməlidir. Əks halda, blok qlobal güc mərkəzləri qarşısında daha da zəifləyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru