Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı - Bakıya deportasiya ediləcəyi gözlənilir

30-11-2025, 08:23           
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı - Bakıya deportasiya ediləcəyi gözlənilir
Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli İstanbulda saxlanılıb, polisə aparılıb.
Bu haqda Gültəkin Hacıbəyli, sosial şəbəkə hesabında məlumat verib.

“İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, əmniyyətdən gəliblər, məni karakola aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var. Azərbaycan hökumətinin sifarişi ilə çox güman ki, Türkiyədən deportasiya olunacağam” – sabiq deputat bildirib.

Gültəkin Hacıbəyli hadisə barədə daha sonra bunları yazıb:

“Mən əmniyyət işçilərinə “sabah saat 9-da İELTS imtahanım var, onu verib gələcəyəm” desəm də, görünür, sifariş çox sərt olduğu üçün, şans vermədilər”.

O bildirib ki, Ramiz Mehdiyevlə heç bir əlaqəsi yoxdur.

Xatırladaq ki, Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyev işi”ndə hallanır. Onun Türkiyədə polisə aparılması Əli Kərimlinin Bakıda DTX tərəfindən saxlanılmasından və dindirilməsindən bir neçə saat sonra baş verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru