Kiyev XBKK-yə hücumlarla bağlı Astanaya cavab verib: Qazax xalqına dəyişməz hörmətimizi təsdiqləyirik

1-12-2025, 07:24           
Kiyev XBKK-yə hücumlarla bağlı Astanaya cavab verib:
Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun (XBKK) infrastrukturuna dair Qazaxıstanın narahatlığını nəzərə alıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin XİN) Qazaxıstan tərəfinin XBKK-yə hücumla bağlı etirazına cavab olaraq yaydığı bəyanatda qeyd olunub.

"Qeyd edirik ki, Ukrayna tərəfinin heç bir addımı Qazaxıstan Respublikası və ya digər üçüncü tərəflərə qarşı yönəlməyib, – Ukraynanın bütün səyləri genişmiqyaslı Rusiya təcavüzünün dəf edilməsinə qarşıdır... Bir daha vurğulayırıq ki, Qara dəniz regionunda və onun hüdudlarından kənarda yeganə destabilizasiya faktoru və təhlükəsizlik çağırışlarının səbəbi Rusiyanın təcavüzüdür", – bəyanatda bildirilib.

Ukrayna XİN həmçinin qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri təcavüzçünün hərbi-sənaye potensialını sistemli şəkildə zəiflədir, onu işğalçı müharibə aparmaq imkanlarından məhrum edir.

"Yekunda qazax xalqına dəyişməz hörmətimizi və Qazaxıstan Respublikası ilə dostluq və praqmatik münasibətlərin inkişafına sadiqliyimizi təsdiqləyirik. Bu münasibətlər xalqlarımız arasında tarixi olaraq möhkəm bağların səviyyəsinə uyğundur", – bəyanatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru