Polşa prezidenti Putinə görə Orbanla görüşünü ləğv etdi

1-12-2025, 10:44           
Polşa prezidenti Putinə görə Orbanla görüşünü ləğv etdi
Polşa Prezidenti Karol Navrotski Rusiya lideri Vladimir Putinlə görüşündən sonra Macarıstanın Baş naziri Viktor Orbanla görüşü ləğv etmək qərarına gəlib.

Moderator.az xəbər verir ki, bu barədə məlumatı Polşa Prezident Administrasiyasının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Martsin Pşidaç "X" sosial şəbəkə hesabında paylaşıb.

Dekabrın 3-də Navrotski ikigünlük səfərlə Macarıstana yollanacaq və Vişeqrad Qrupu ölkələrinin liderlərinin sammitində iştirak edəcək.

Növbəti gün isə o, Orbanla görüş keçirməli idi.

Xatırladaq ki, Viktor Orban noyabrın 28-də Putinlə danışıqlar üçün Moskvaya səfər etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru