"Danışıqlarda ən çətin məsələ ərazi mübahisəsi idi" - Zelenski

2-12-2025, 11:34           
"Danışıqlarda ən çətin məsələ ərazi mübahisəsi idi" - Zelenski
Ukrayna və ABŞ nümayəndə heyətlərinin dünənki danışıqlarında ən çətin məsələ ərazi mübahisəsi olub.

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Parisdə fransalı həmkarı Emmanuel Makronla birgə mətbuat konfransında bəyan
"Təkcə ərazi məsələsi ilə bağlı 6 saat yarım müzakirələr aparılıb",– deyə Zelenski bildirib.

O əlavə edib ki, hazırkı sülh planı ilkin 28 bəndlik variantdan daha yaxşı görünür.

Ukrayna lideri həmçinin Rusiyanın Kupyanskı nəzarətə götürdüyü barədə iddiaları təkzib edib: "Moskva bəyan edir ki, ordusu şəhərlərə daxil olub, amma onlar hələ də bizim nəzarətimizdədir. Kupyansk bizim nəzarətimizdədir. Şübhəsiz ki, Rusiyanın bir neçə hücum əməliyyatı var, lakin heç biri uğurlu olmayıb."












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru