Əhməd Əl Şaraa yaxşı hadisələrin baş verməsi üçün səylə çalışır – Tramp

2-12-2025, 09:18           
Əhməd Əl Şaraa yaxşı hadisələrin baş verməsi üçün səylə çalışır – Tramp
ABŞ Suriyada zəhmət və qətiyyətlə əldə edilən nəticələrdən çox məmnundur.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth”da yazıb.

O bildirib ki, ABŞ Suriya hökumətinin çiçəklənən bir ölkə qurmaq üçün gördüyü işin davamlı olmasını təmin etmək üçün əlindən gələni edir.

“Onlara çox kömək edən addımlardan biri də çox güclü və sərt sanksiyaların ləğvi oldu. İsrailin Suriya ilə güclü və həqiqi dialoq aparması və Suriyanın çiçəklənən bir dövlətə çevrilməsinin qarşısını alacaq hansısa halın baş verməməsi çox vacibdir. Suriyanın yeni Prezidenti Əhməd Əl Şaraa yaxşı hadisələrin baş verməsi və həm Suriya, həm də İsrailin birlikdə uzun və perspektivli münasibətləri olması üçün səylə çalışır. Bu, tarixi bir fürsətdir”, – deyə Tramp qeyd edib.//publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru