Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib

3-12-2025, 07:54           
Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib
Ukrayna Qara dənizdə Rusiya gəmisinə hücumda iştirakını təkzib edib.

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixi bununla bağlı özünün “X” hesabında açıqlama yayıb.

“Ukraynanın bu insidentə heç bir aidiyyəti yoxdur və biz Rusiya tərəfindən yayılan bu cür ittihamları rəsmi olaraq rədd edirik”, - XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Türkiyə Dənizçilik Baş İdarəsi Qara dənizdə Gürcüstana günəbaxan yağı aparan Rusiya gəmisinə dron zərbəsi endirildiyi barədə məlumat yayıb. Rusiya hakimiyyəti iddia edir ki, “Midvolqa 2” gəmisi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru