Putin Ukraynanı dənizlə əlaqəsini kəsməklə hədələdi

3-12-2025, 11:14           
Putin Ukraynanı dənizlə əlaqəsini kəsməklə hədələdi
"Rusiya Qara dənizdəki tankerlərə edilən son hücumlara cavab olaraq Ukraynanın dənizlə əlaqəsini kəsə bilər".

"Kommersant" nəşri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə danışıqlardan əvvəl jurnalistlərə bildirib.

O həmçinin Moskvanın zərbələr üçün hədəflərin nomenklaturasını genişləndirəcəyini və Ukraynanın Qara dənizdə tankerlərinə hücum etməsinə kömək edən ölkələrin gəmilərinə qarşı tədbirləri nəzərdən keçirəcəyini vurğulayıb.

Xatırladaq ki, noyabrın 28-də "Kairos" və "Virat", dekabrın 2-də sə "Midvolga" tankeri hücuma məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru