Rütte: Avstraliya və Yeni Zelandiya ABŞ-dən silah alınması proqramına qoşulub

4-12-2025, 09:24           
Rütte: Avstraliya və Yeni Zelandiya ABŞ-dən silah alınması proqramına qoşulub
NATO Baş katibi Mark Rütte bildirib ki, Avstraliya və Yeni Zelandiya ABŞ-dən Ukrayna üçün silah tədarükünü nəzərdə tutan PURL proqramına (Procurement of U.S. Lethal and non-lethal military equipment for Ukraine) qoşulub.

APA xəbər verir ki, O, bunu Brüsseldə NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Avstraliya və Yeni Zelandiya NATO-ya üzv olmayan, lakin PURL proqramına qoşulan ilk ölkələrdir”, – Rütte vurğulayıb.

Onun sözlərinə görə, hazırda NATO üzvü olan ölkələrin üçdə ikisi bu mexanizmdə iştirak etdiyini bəyan edib. Avqustdan ilin sonunadək ABŞ-dən Ukrayna üçün alınacaq silahların ümumi dəyəri “4 milyard dollardan çox” olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru