Rusiya ilə danışıqlar aparmalı olacağıq - Vadeful

6-12-2025, 00:04           
Rusiya ilə danışıqlar aparmalı olacağıq - Vadeful
Bəzi məqamlarda Avropanın Rusiya ilə danışıqlara başlaması düzgün olacaq.

Moderator.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful bildirib.

“Bizim kursumuz aydındır: biz Ukraynanı dəstəkləyirik. Bununla belə, müəyyən məqamda Avropa səslərinin də Rusiya ilə koordinasiyalı şəkildə danışması doğru və məntiqli olacaq. Biz ümumilikdə buna hazırıq. Lakin almanlar olaraq biz bunu həmişə yalnız Avropa çərçivəsində razılaşdırılmış şəkildə edirik.

Amma zaman gələcək və biz danışıqlar aparmalı olacağıq, çünki yalnız ABŞ-ın və onların vasitəsilə gedən danışıqlar vəziyyətində daim qalmaq Avropa üçün o qədər də yaxşı hal deyil. Biz orada yoxuq”, – deyə Almaniyanın XİN rəhbəri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru