Zelenski şokda: Həyat yoldaşı ilə bağlı yeni iddia yayıldı

8-12-2025, 07:44           
Zelenski şokda: Həyat yoldaşı ilə bağlı yeni iddia yayıldı
Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenski Ukraynada korrupsiya qalmaqalında iştirakda ittiham olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksandr Dubinskinin Teleqram kanalında verdiyi məlumatda bildirilib.

Qeyd olunub ki, ölkənin birinci xanımının adı Korrupsiyaya Qarşı Mübarizə Milli Bürosu və Korrupsiyaya Qarşı İxtisaslaşdırılmış Prokurorluq tərəfindən iş adamı Timur Mindiçin qondarma işində toplanmış audioyazılarda keçir.

“Yelena Zelenskaya Mindiçin lentlərindədir. O, ödənişləri ilə bağlı bəzi qərarlar verirdi”, – Dubinski yazıb.

İstintaq və istintaq təcridxanasında olan millət vəkili məlumatının mənbələrini göstərməyib və heç bir sübut təqdim etməyib. O, həmçinin heç bir əlavə təfərrüat açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru