İngilis tarixçisi Timothy Garton Ash The Guardian-da uzun və çox mühüm məqalə dərc edib. O yazır: "Bu həftə Putin təhdid etdi ki, Rusiya Avropa ilə müharibəyə "hal-hazırda hazırdır". Və Tramp açıq şəkildə bildirdi ki, ABŞ Putin Rusiyası ilə çirkli sövdələşmə üçün Ukraynanı satmağa hazırdır. Bütün dünya bir ildir ki, ABŞ prezidentinin nəhayət, Rusiyaya qarşı sərt mövqe sərgiləyəcəyini gözləyir. Əvəzində onun şəxsi daşınmaz əmlak emissarları 28 bəndlik "sülh planı" təklif etdilər - mahiyyətcə həm Ukrayna, həm də Avropa hesabına Rusiya-Amerika imperiya və kommersiya müqaviləsi. Və 28 bəndlik layihə cəmi bir neçə gün davam etsə də, tarixi sənəd kimi uzunmüddətli araşdırmaya layiqdir. İndi yalnız Avropa Ukraynanı Putin və Trampdan xilas edə bilər, amma bunu edəcəkmi?"... Dadash Ahmadli TEREF