Tramp: Zelenski Baydendən 350 milyard dollar qazandı, lakin ölkənin 25 faizini itirdi

10-12-2025, 00:10           
Tramp: Zelenski Baydendən 350 milyard dollar qazandı, lakin ölkənin 25 faizini itirdi
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini amerikalı sahibkar Barnuma bənzədib.

O, "Politico” nəşrinə müsahibəsində Volodimir Zelenksidən danışıb, onu məşhur amerikalı sahibkar Barnuma bənzədib.

"Putindən əvvəl də belə bir fikir mövcud idi ki, Ukrayna NATO-ya qoşulmayacaq. Bu həqiqətən də Putindən əvvəl idi. Amma indi Ukraynanın NATO-ya qoşulması üçün çalışırlar. Bilirsiniz, Zelenski Putinlə ilk dəfə görüşəndə ona sadəcə iki şey istədiyini dedi: Krımın qaytarılması və NATO-ya üzvlük. O, bunu nəzakətli qaydada demədi. Bilirsiniz, o, çox əla satıcıdır. Mən onu Barnum adlandırıram”, - Tramp bildirib.

ABŞ lideri Zelenski ilə bağlı fikirlərinə daha da aydınlıq gətirib: "Barnum dünyanın ən yaxşısı idi. O, istənilən məhsulu istənilən vaxt sata bilirdi. Zelenski də bu cürdür. O, fırıldaqçı Co Baydendən 350 milyard dollar ala bildi. Baxın, bu ona necə baha başa gəldi. Ölkəsinin 25 faizi öz əlində deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru