Tiflis Bakıya yox deməyib, ancaq elə pul istəyir ki... - Saakaşvili

11-12-2025, 09:44           
Tiflis Bakıya yox deməyib, ancaq elə pul istəyir ki... - Saakaşvili
İvanişvili rejimi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olur.
Bu sözləri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili sosial şəbəkə hesabında yazıb.

“Fakt budur ki, Azərbaycan Ermənistana müntəzəm olaraq neft məhsulları tədarükü ilə bağlı tarixi qərar qəbul edib, bu, indiki mərhələdə yalnız Gürcüstan dəmir yolları vasitəsilə mümkündür”, - o bildirib.

Saakaşvilinin sözlərinə görə, Gürcüstan hakimiyyəti o qədər yüksək tarif təyin edib ki, birbaşa “yox” demək daha yaxşı olardı:

“İvanişvili bilməyə bilməz ki, heç kim belə tarifi ödəyə bilməz, ona görə də burada məqsəd Ermənistanla Azərbaycan arasında yaxınlıq siyasətini əngəlləməkdir. Bilmirəm, Trampın diqqətini çəkmək istəyirlər, yoxsa sadəcə Moskvanın göstərişlərini yerinə yetirirlər.

Eyni zamanda, Azərbaycan sərhədindən gələn bütün yük maşınlarının da Tiflis keçid məntəqəsindən keçməsinə icazə verilir. Onların hər birindən 1000 dollara qədər pul istəyirlər ki, bu da onların ödəyə bilməyəcəkləri məbləğdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru