Tramp ilə Modi ikitərəfli münasibətləri müzakirə ediblər

12-12-2025, 10:24           
Tramp ilə Modi ikitərəfli münasibətləri müzakirə ediblər
Hindistanın Baş naziri Narendra Modi və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Modi "X" sosial şəbəkəsində bildirib.

"Prezident Tramp ilə çox mehriban və geniş söhbət etdim. Biz ikitərəfli münasibətlərimizdəki inkişaf, həmçinin regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi apardıq. Hindistan və ABŞ qlobal sülh, sabitlik və firavanlıq naminə birgə işlərini davam etdirəcək", - Modi deyib.

Qeyd edək ki, Modi ilə Trampın söhbəti ABŞ və Hindistan nümayəndə heyətlərinin Yeni Dehlidə ticarət sazişi ilə bağlı danışıqlar aparması fonunda baş tutub.

ABŞ avqustun 6-da Rusiya neftinin və neft məhsullarının alınması ilə əlaqədar Hindistana qarşı 25 % əlavə tariflər tətbiq edib. Avqustun sonunda Hindistana aid məhsul və xidmətlərinin idxalına rüsumlar 50 %-ə çatdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru