Quterreş: BMT nümayəndələri Sudandakı münaqişə tərəfləri ilə görüşəcəklər

12-12-2025, 07:25           
Quterreş: BMT nümayəndələri Sudandakı münaqişə tərəfləri ilə görüşəcəklər
BMT-nin yüksək vəzifəli rəsmiləri Cenevrədə Sudandakı münaqişə tərəflərinin nümayəndələri ilə görüş keçirmək niyyətindədirlər.

"Report" xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antoniu Quterreş "Al Arabia" telekanalına bildirib.

"Biz çox fəal işləyirik və tərəflər arasında Cenevrədə görüş keçiriləcək ki, onları beynəlxalq humanitar hüquqa riayət etməyə və mülki şəxsləri qorumağa inandıraq", - Quterreş Ər-Riyadda danışıqların dəqiq vaxtını göstərmədən vurğulayıb.

Baş katibin sözlərinə görə, məsləhətləşmələrdə həm Sudan ordusunun, həm də Çevik Reaksiya Qüvvələrinin nümayəndələri iştirak edəcəklər. "Məqsədimiz Səudiyyə Ərəbistanında, Ciddədə razılaşdırılmış məsələlərin tətbiqini həyata keçirməkdir", - Quterreş əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru