Avropanın bir neçə ölkəsi vətəndaşlarını İranı tərk etməyə çağırdı

15-01-2026, 11:58           
Avropanın bir neçə ölkəsi vətəndaşlarını İranı tərk etməyə çağırdı
İtaliya İranda təhlükəsizlik vəziyyəti ilə əlaqədar öz vətəndaşlarını bu ölkəni bir daha təkidlə tərk etməyə çağırır.

"Reuters" agentliyi xəbər verir ki, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata əsasən, İranda təxminən 600 italiyalı yaşayır ki, onların da əksəriyyəti Tehrandadır.

Həmçinin, Polşa vətəndaşları da dərhal İranı tərk etməlidirlər.

"Xarici İşlər Nazirliyi təkidlə İranı dərhal tərk etməyə çağırır və bu ölkəyə hər hansı səfərdən çəkinməyi tövsiyə edir", - deyə Polşa XİN-in "X" sosial şəbəkəsindəki bəyanatında bildirilir.

Bundan əvvəl analoji çağırışla Hindistan Xarici İşlər Nazirliyi də çıxış edib.

Bundan əlavə, "Politico" nəşri Böyük Britaniyanın Tehrandakı səfirliyinin növbəti bildirişədək bağlandığını elan etdiyi barədə məlumat yayıb. İspaniya Xarici İşlər Nazirliyi isə öz vətəndaşlarını İranı tərk etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru