Qəddafinin qızından İran xalqına sarsıdıcı - MÜRACİƏT

16-01-2026, 09:34           
Qəddafinin qızından İran xalqına sarsıdıcı - MÜRACİƏT
“İranın dözümlü və azadlığı sevən xalqına müraciət edirəm! Mən sizə dağıntı, xəyanət və kədərin ağırlığı altında əzilmiş bir qəlblə səslənirəm. Mən ölkəsinin açıq düşmənlərin əli ilə deyil, Qərbin gülümsəmələri və yalan vədləri ilə qurulan tələlər vasitəsilə çökdüyünü görmüş bir qadının səsiyəm”.

TEREF Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Liviyanın öldürülmüş lideri Müəmmər Qəddafinin qızı Aişə Qəddafi İran xalqına müraciətində deyib.

“Sizi xəbərdar edirəm: Qərb imperialistlərinin cazibədar sözlərinə və şüarlarına aldanmayın.

Bir zamanlar atam Müəmmər Qəddafiyə belə demişdilər: “Nüvə və raket proqramlarından imtina et, dünya da sənə qapılarını açsın”, – A.Qəddafi bildirib.

O bildirib ki, atası “xoş niyyət və dialoqa inamla” güzəştlərə getdi, lakin sonu faciəvi oldu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru