Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər

19-01-2026, 00:08           
Bild: ABŞ-nin yeni tarifləri Almaniyaya ildə 15 milyard avro ziyan vura bilər
Ağ Evin yeni gömrük rüsumları Almaniyanın ABŞ-yə ixracını 5-10 % azalda və ildə 8-dən 15 milyard avroya qədər itkilərə səbəb ola bilər.

"Report" xəbər verir ki, bu barədə iqtisadçıların hesablamalarına istinadla "Bild" qəzeti məlumat yayıb.

"Almaniya iqtisadiyyatı Vaşinqton tərəfindən əvvəllər tətbiq edilən 15 %-lik tarif səbəbindən itkilərə məruz qalıb", məlumatda qeyd olunub. Bildirilib ki, Vaşinqton Berlinin ən vacib ticarət tərəfdaşıdır və Almaniyadan Amerikaya avtomobillər, dəzgahlar, kimya və əczaçılıq məhsulları ixrac olunur. Almaniyanın ABŞ-yə ixracının həcmi ildə təxminən 157 milyard avro təşkil edir.

İqtisadçı Gerrit Hayneman qeyd edib ki, yeni rüsum təhdidləri Almaniya üçün heç də əlverişli deyil. "İlk növbədə Almaniya avtomobil sənayesi əziyyət çəkir, çünki onun məhsullarının ABŞ-yə ixracı 2025-ci ildə demək olar ki, 14 % azalıb", - ekspert qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru