Ukrayna üçün kritik toplantı: 30-dan çox ölkə hərəkətə keçir

19-01-2026, 09:24           
Ukrayna üçün kritik toplantı: 30-dan çox ölkə hərəkətə keçir -
Ukrayna üçün kritik toplantı: 30-dan çox ölkə hərəkətə keçir
Ukraynanın “Könüllülər Koalisiyası” çərçivəsində tərəfdaş ölkələrin növbəti görüşü baş tutub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Teleqram kanalında məlumat yayıb.

Videokonfrans formatında keçirilən görüşdə koalisiya üzvləri Ukraynaya hərbi yardımın davam etdirilməsi məsələsini müzakirə ediblər. Sırski bildirib ki, bu dəstək Ukrayna ordusunun döyüş meydanında müqavimət və müdafiə qabiliyyətini qoruması üçün həlledici əhəmiyyət daşıyır.

Görüş zamanı həmçinin Ukraynanın beynəlxalq tərəfdaşlarının ölkə üçün təhlükəsizlik zəmanətlərinin təmin olunmasında mümkün iştirak formatları müzakirə edilib.

Qeyd edək ki, “Könüllülər Koalisiyası” Ukraynada mümkün sülhməramlı missiyada iştirak etməyə hazır olan 30-dan çox dövləti birləşdirir. Koalisiyada aparıcı rolu Fransa və Böyük Britaniya oynayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru