Rusiyada deportasiya ŞOKU: Azərbaycanlılar kütləvi şəkildə ölkədən çıxarılır

19-01-2026, 12:46           
Rusiyada deportasiya ŞOKU: Azərbaycanlılar kütləvi şəkildə ölkədən çıxarılır
Son üç gün ərzində Rusiyanın Novosibirsk vilayətində məhkəmə icraçıları ölkəyə giriş və ya qalma qaydalarını pozmuş 97 xarici vətəndaşı deportasiya edib.

TEREF xəbər verir ki, bu barədə Novosibirsk vilayəti üzrə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti məlumat yayıb.

Bildirilir ki, ölkədən çıxarılanlar arasında Özbəkistan (41 nəfər), Tacikistan (29), Qırğızıstan (16), Azərbaycan (7) və Qazaxıstan (4) vətəndaşları var.

Məlumata görə, miqrantlar əvvəlcə müvəqqəti saxlanma mərkəzinə yerləşdirilir, daha sonra onların barəsində ölkədən çıxarılma ilə bağlı qərar rəsmiləşdirilir və nəzarət altında sərhədə çatdırılırlar.

Qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin Rusiyaya yenidən girişinə beş il müddətinə qadağa qoyulur. Bu müddət məhkəmə qərarının qüvvəyə mindiyi andan hesablanır./Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru